Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda Qazaxıstan incəsənəti sərgisi açılıb +FOTO=76

Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan” sərgisinin təntənəli açılışı keçirilib.

AZpress.AZ xəbər verir ki, ekspozisiya Azərbaycan Mədəniyyət Nazirliyi ilə Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanıb və Qazaxıstan Respublikasının Abılxan Kasteyev adına Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında təşkil olunub.

Sərgiyə Qazaxıstan rəssamlarının müxtəlif nəsillərinin yaradıcılığını təqdim edən 30 rəngkarlıq əsəri daxil edilib. Sərgi akademik ənənələr ilə köçəri mədəniyyətlə bağlı özünəməxsus dünyagörüşünün kəsişməsində formalaşmış Qazaxıstan bədii məktəbinin təşəkkül xüsusiyyətlərini əks etdirir.

Təqdim olunan müəlliflər sırasında milli rəngkarlığın başlanğıcında durmuş görkəmli təsviri incəsənət ustaları, o cümlədən Abılxan Kasteyev, Moldahmet Kenbayev Kanafiya Teljanov yer alır. Ekspozisiyada həmçinin Ayşa Qalimbayeva, Sabur Mambeyev, Şaymardan Sarıyev Salixitdin Aytbayevin əsərləri nümayiş olunur ki, bu əsərlərdə ənənəvi həyat tərzi, mənəvi dəyərlər və milli kimlik mövzuları açılır.

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, Kasteyev adına Milli Muzeyin Qazax incəsənətinin əsas xəzinəsi olduğunu qeyd edib.

 

“Buna görə də iki ölkə arasındakı əməkdaşlıq sayəsində muzeyin kolleksiyasından seçilmiş rəsmlərin dörd ay ərzində Bakıda nümayiş etdiriləcəyinə görə sevinirik. Sərgi Azərbaycan paytaxtının mədəni həyatında əlamətdar hadisəyə çevriləcək, xalqlarımızın tarix və mədəniyyətinin ümumtürk köklərini nümayiş etdirərək qardaş xalqları daha da yaxınlaşdıracaq”, – deyə, diplomat bildirib.

Azərbaycan Mədəniyyət Nazirinin Müavini Səadət Yusifova müttəfiqlik münasibətləri kontekstində iki qardaş ölkənin mədəni-humanitar qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb. Qazaxıstandan olan muzeyinin Direktoru Qulaim Jumabekovanın sözlərinə görə, sərgi ümumi dəyərlərə əsaslanan dialoq məkanı kimi qurulub.

“Təqdim olunan əsərlər bədii təfəkkürün həmahəngliyini, xalqlarımızın ümumi mədəni məkanını formalaşdıran obrazların və vizual kodların vəhdətini açıb göstərir”, – deyə, o qeyd edib.

Sərgidə köçəri xalqların mədəniyyəti üçün xas olan təbiət və məkanın bədii dərkinə xüsusi diqqət yetirilib. Mənzərə, natürmort və tematik rəsmlər janrları vasitəsilə müəlliflər insan ilə ətraf aləmin harmoniyasını, eləcə də zaman və tarixin fəlsəfi qavrayışını çatdırırlar. Tədbir çərçivəsində tanınmış Qazax rəssamı, Dövlət Mükafatının laureatı, Qazaxıstanın Əməkdar xadimi, qobelenlərin ilk Qazax qadın müəllifi Batima Zaurbekovanın görkəmli azərbaycanlı rəssamlarla yaradıcılıq görüşü keçirilib. Açılışda tanınmış azərbaycanlı rəssamlar və sənətşünaslar, elmi və yaradıcı ziyalılar, xarici dövlətlərin səfirləri, Bakı sakinləri və şəhərin qonaqları iştirak ediblər.

Tədbirdən videonu izləmək üçün linkə TIKLAYIN:

https://www.instagram.com/p/DYDGxsGtLtP/

Fotolar: Mahir Əhmədov

* bu reportajda olan fotoları sifariş ermək üçün 
+99450 554 34 23 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11

Best coffeeshop in Berlin