Millinin kapitan sarqısını Ayşən Abduləzimova daşıyacaq
Qadın voleybol millimiz mayın 5-dən etibarən baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında Bakı Voleybol Mərkəzində 26 voleybolçu ilə Qızıl Avropa Liqasına hazırlıq məqsədilə təlim-məşq toplanışına (TMT) başlayıb. Bu arada millinin məşqçilər korpusu kapitanın kimliyini müəyyən ediblər. Kapitanlıq sarqısı millinin ən təcrübəli oyunçusu, uzun illər ligioner həyatı yaşayan Ayşən Abduləzimovaya verilib. Bu isə o deməkdir ki, qarşıdakı oyunlarda komandanı meydana Abduləzimova çıxaracaq.
Yeri gəlmişkən, millimiz TMT-ni Bakı ilə yanaşı ölkə xaricində də davam etdirəcək və bir sıra yoxlama görüşlərində özünü sınayacaq.
Üç mərhələdən ibarət olan Qızıl Avropa Liqasının ilk mərhələsi 5-7 oyun günlərində Bakıda keçiriləcək.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



