Mourinyo mövsümün sonunda "Real Madrid"ə rəhbərlik edəcək
"Benfika"nın baş məşqçisi Joze Mourinyo mövsümün sonunda "Real Madrid"lə müqavilə imzalayacaq.
Lissabon klubunun mayın 17-də keçiriləcək Portuqaliya çempionatının final turundan sonra məşqçini buraxmağa hazır olduğu bildirilir. "Real Madrid" "Benfika"ya altı milyon avro təzminat ödəyəcək.


