Belarus idmançılarına qoyulan məhdudiyyətlər aradan qaldırılıb
Dünya Boks İcraiyyə Şurası Belarus idmançılarına qarşı bütün məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.
Təşkilatın mətbuat xidməti bu barədə məlumat yayıb.
Rusiya boksçuları beynəlxalq yarışlarda neytral status altında çıxış etməyə davam edəcəklər.
Mayın 7-də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası Rusiya Olimpiya Komitəsinin (ROK) üzvlüyünün dayandırılmasını uzadıb və Belarus idmançılarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib. Orada qeyd olunub ki, Rusiya üçün fərdi neytral idmançıların qəbulu proseduru qüvvədə qalacaq.


