Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın taleyinə və sənətin görünməyən tərəflərinə işıq salan "Qırxdan sonra" filmi

 Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə “Qırxdan sonra…” adlı qısametrajlı bədii filmin yalnız qadınlar üçün təşkil olunan xüsusi nümayişi keçirilib. 
Sənətşünaslar, teatr və kino xadimləri, media nümayəndələri, həmçinin cəmiyyətin fərqli sahələrində çalışan və uğur qazanan qadınların qatıldığı nümayişdən sonra ekran əsəri ətrafında geniş müzakirələr aparılıb.
Tragikomediya janrında çəkilən “Qırxdan sonra…” filminin ssenari müəllifləri Saida Haqverdiyeva və Sevda Sultanova, quruluşçu rejissoru isə Saida Haqverdiyevadır. Xronometrajı 30 dəqiqə olan ekran əsərinin görüntü rejissoru Şahmar Səfəroğludur.
Film yaşı qırxı keçmiş, ailə-məişət qayğıları və peşəkar həyatda görünməzləşmə problemi ilə üzləşən iki aktrisanın həyatından bəhs edir. Əsas qəhrəmanlardan biri illər əvvəl teatrdan uzaqlaşsa da, digəri sənətdə qalmaq, yenidən səhnəyə, ekrana qayıtmaq və özünü təsdiqləmək, parlaq keçmişini qaytarmaq uğrunda mübarizə aparır. O, zaman keçdikcə kinoda və teatrda ona olan tələbatın azaldığını hiss etsə də, bu reallıqla barışmaq istəmir.
Ekran əsərində aktyorların və xüsusilə qadın sənət adamlarının daxili dünyası, psixoloji sarsıntıları, peşə və həyat arasında yaşadıqları ziddiyyətlər tragikomik hadisələr fonunda təqdim olunur. Film həm də cəmiyyətin sənət adamlarının görünməyən tərəflərinə diqqət çəkməyi hədəfləyir.
“RS Production”un istehsalı olan filmdə rolları Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər. Layihənin prodüserləri Kəmalə Nəhmətova və Səidə Haqverdiyeva, montaj rejissoru Əli Xiləli, ikinci operatoru Sahib Mikayılov, səs rejissoru Mehman Nadirov, səs operatoru Aslan Əlibəyov, redaktoru isə Həmidə Rüstəmovadır.
 

Best coffeeshop in Berlin