AZpressAZ-in arxivindən: 2023-cü il
Vahid Qazi:
Bu yolları açanların yolu açıq olsun!
Qarabağda tarixən 3 əsas yol olub: Ağdam-Şuşa, Tərtər-Kəlbəcər, Fizuli-Ağdam. Hər üç yol ermənilərin məskunlaşdığı qəsəbə-şəhərlərdən keçib: Əsgəran, Xankəndi, Ağdərə, Xocavənd. Bu yollara nəzarət külli Qarabağa nəzarət etmək deməkdir. Neçə gündü çəkilən videolardan görünən o idi ki, Ağdərə, Xocavənd azad edilib, demək, ordumuz o yolları da açıb.
Bir qalırdı Şuşa yolu. O da daha üfüqlərin o üzündə deyil, əl çatacaq qədər yaxındır. Bu sabahkı videolarda əsgərimizi, polisimizi Əsgəranın, Xankəndinin boşalmış küçələrində gördüm. Yuxu deyildi gördüklərim...
Məbədə aparan yol kimidir Şuşa yolu, uşaqlığın ən xoşbəxt xatirələrini yaşadan o dolama yol. Yolları açıq olsun bu yolları açanların.
Tanrı xalqımızı, dövlətimizi, ordumuzu qorusun!
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



