Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gimnastlarımız Portuqaliyada uğurla çıxış ediblər

Azadə Atakişiyeva iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb 

6-11 May günlərində Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Turnirdə sınyorların yarışında ölkəmizi Gövhər İbrahimova, Fidan Qurbanli və Kamilla Seyidzadədən ibarət trio, gənclər arasında isə Azadə Atakişiyeva və Nuray Muradlı cütlüyü təmsil edib. Gimnastlarımız turniri ikisi qızıl, biri gümüş əyarlı olmaqla, 3 medalla başa vurublar. 

Qeyd edək ki, qızıllardan biri Atakişiyeva/Muradlı cütlüyündən ibarət gənc komandanın aktivinə yazılıb. Maraqlıdır ki, 94 xal toplayan komandamızin ən yaxın izləyicisi Amerika və İtaliya komandası olub.

Daha bir qızı medal isə fərdi yarışlarda qazanılıb. Qızılın sahibi yenə də Azadə Atakişiyeva olub. O, topla nümayiş etdirdiyi hərəkətə görə həkimlərdən 25.500 xal alıb. Bu isə ona turnirdə qızıl medal qazanmaq imkanı verib. Beləliklə, Azadə bu turnirdə iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Komandamızın aktivinə yazılan gümüş medal isə böyüklərin fərdi yarışlarında 25.900 xalla ikinci yeri tutan Gövhər İbrahimovanın payına düşüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin