Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Klassiklərimiz AÇ-yə 3 medalla başlayıblar

Mayın 11-də Bolqarıstanın Samokov şəhərində 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə Avropa çempionatına yunan-Romacilarin çıxışı ilə start verilib. Azərbaycan təmsilçilərinin də qatıldığı çempionatın ilk günü çəkisi 48, 55, 65, 80 və 110 kq olan güləşçilər mübarizəyə qatılıblar.

Bu çəkilərdə ölkəmizi Ömər Salmanov (48 kq), Qurban Məcnunov (55 kq), Orxan Həbibi (65 kq), Zəka Yusubov (80 kq) və Məhəmməd Mustafayev (110 kq) təmsil edib. Bunlardan isə üçü daha inamla güləşərək mükafatçılar sırasında yer alıb. Yalnız həlledici finalda büdrəyən Ömər Salmanovla Qurban Məcnunov çıxışını ikinci yerdə bitirməklə gümüş medalla kifayətlənib. Üçüncü yeri tutan Orxan Həbibi isə bürünc medala layiq görülüb.

Mayın 12-də daha 5 təmsilçimiz mübarizəyə qatılıb ki, onlardan da yalnız biri - Əli Cavadlı (45 kq) finala yüksəlib. Daha üç təmsilçimiz isə bürünc medal uğrunda mübarizəni təsəlliverici görüşlərlə davam etdirəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin