Virus səbəbindən daha bir təyyarə təcrid olunub
"Ambition" kruiz gəmisi Fransanın Bordo şəhərində göyərtəsində norovirus epidemiyası səbəbindən karantinə alınıb.
Hazırda təxminən 1700 nəfər karantindədir.
Gəmidəki əlli sərnişin və heyət üzvünün virus testinin müsbət çıxdığı bildirilir. Yoluxanlarda norovirusa uyğun bağırsaq infeksiyası əlamətləri müşahidə olunub.
Sərnişinlərdən birinin, 90 yaşdan yuxarı Britaniya vətəndaşının ölümü də bildirilib. Medianın məlumatına görə, ona norovirusdan əlavə, qastroenterit diaqnozu qoyulub.
Yerli səhiyyə orqanları gəmidə infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün araşdırma aparır və tədbirlər görür.


