Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan narkotik maddə ilə axtarışda olan şəxsi Hindistana ekstradisiya etdi

Azərbaycan 354 kq heroinin qanunsuz dövriyyəsini təşkil etdiyinə görə beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Hindistana ekstradisiya edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, 1993-cü il təvəllüdlü Sinqh Prabhdip Gurraj Azərbaycanda saxlanılıb və bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Hindistanın onun ekstradisiyası ilə bağlı tələbini nəzərdən keçirib və təmin edib.

Təqsirləndirilən şəxsin təhvil verilməsi 2013-cü il dövlətlərarası ekstradisiya müqaviləsinə uyğun olaraq həyata keçirilib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi karvanının müşayiəti ilə xarici vətəndaş səlahiyyətli Hindistan orqanlarına təhvil verilib.

Best coffeeshop in Berlin