Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Parataekvondoçumuz İmaməddin Xəlilov ikinci dəfə AÇ-da gümüş qazanıb

Almaniyanın Münhen şəhərində parataekvondo üzrə Keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı davam edir. Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK)  verilən məlumata görə çempionatın üçüncü günü daha bir təmsilçimiz ikinci yeri tutaraq, gümüş medal qazanıb. Söhbət həlledici finalda türkiyəli Yusuf Yunactara uduzan İmaməddin Xəlilovdan (70 kq, K44 kateqoriya) gedir. Yeri gəlmişkən, Xəlilov karyerasında ikinci dəfə qitə çempionatının gümüş medalını qazanıb.

Xatırladaq ki, Xəlilovdan öncə isə Sabir Zeynalov (58 kq, K44 kateqoriya) ikinci yeri tutmaqla gümüş medala layiq görülüb. Zeynalov isə həlledici finalda İsrail idmançısı Asaf Yatura uduzub. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin