Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda WUF13-də əlilliyi olan insanlar üçün xüsusi xidmət mərkəzləri yaradılacaq

Dünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası zamanı bütün iştirakçılar üçün inklüzivlik və bərabər imkanlar təmin etmək məqsədilə xidmət mərkəzləri yaradılacaq.

Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat verib.

Qeyd olunur ki, A zonasında xüsusi dəstək məntəqəsi əlilliyi olan şəxslərə yardım göstərəcək. Elektrikli əlil arabalarından istifadə edən iştirakçılar üçün portativ şarj stansiyaları tələb olunduqda mövcud olacaq.

"Gizli əlilliyi olan şəxslərə könüllü olaraq xüsusi bilərziklər veriləcək. S zonasında xidməti və bələdçi itlərin müayinəsi, eləcə də zəruri hallarda ilk tibbi yardım göstərilməsi üçün xüsusi sahə təmin ediləcək", - deyə bəyanatda bildirilir.

Best coffeeshop in Berlin