Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ukrayna qadınların ölkədən çıxışına qoyulan qadağanı ləğv etdi

Ukrayna Nazirlər Kabineti istisnasız olaraq bütün qadınların ölkədən çıxışına qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.

Bunu Baş nazir Yuliya Svırıdenko açıqlayıb.

O qeyd edib ki, "Hökumət hökumətdə, yerli özünüidarəetmədə, dövlət müəssisələrində və ya məhkəmələrdə tutduqları vəzifədən asılı olmayaraq bütün qadınlar üçün sərhədi keçmə məhdudiyyətlərini aradan qaldırır".

Xatırladaq ki, əvvəllər bəzi ukraynalı qadınların ölkədən çıxışı qadağan olunmuşdu. Məhdudiyyətlər xüsusilə Nazirlər Kabinetinin üzvləri, mərkəzi dövlət qurumlarının rəhbərləri və onların müavinləri də daxil olmaqla, yüksək vəzifəli dövlət vəzifələrində çalışan qadınlara şamil edilirdi. Bu tədbirlər parlament üzvlərinə, hakimlərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dövlət müəssisələrinin rəhbərlərinə də təsir göstərirdi.

Best coffeeshop in Berlin