Mourinyo "Real Madrid"ə qayıtmaq üçün iki şərt irəli sürdü
"Benfika"nın baş məşqçisi Joze Mourinyo "Real Madrid"ə mümkün qayıdış şərtlərini açıqlayıb.
Portuqaliyalı məşqçi agenti Jorje Mendeş vasitəsilə "Los Blancos" rəhbərliyinə iki əsas tələb çatdırıb.
Mourinyo məşqçilər heyətinin bir neçə üzvünü Madrid klubuna gətirmək istəyir. Bundan əlavə, məşqçi komandanın müdafiə xəttini gücləndirməkdə israr edir.
"Benfika"nın 63 yaşlı mütəxəssisin 2027-ci ilin yayına qədər olan müqaviləsini uzatmaqda maraqlı olduğu bildirilir.
Joze Mourinyo əvvəllər 2010-cu ildən 2013-cü ilə qədər "Real Madrid"ə rəhbərlik edib.


