Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində mühüm mərhələ qeydə alınıb.

AZpress.AZ xəbər verir ki, bu günə olan məlumata görə, forumda iştirak üçün artıq 182 ölkədən 40 mindən çox nəfər qeydiyyatdan keçib.

Bu barədə forumun rəsmi məlumatında bildirilib. Qeyd olunub ki, belə geniş beynəlxalq maraq şəhərlərin daha təhlükəsiz, inklüziv və dayanıqlı inkişafı istiqamətində qlobal əməkdaşlığın gücləndiyini göstərir.

Təşkilatçıların sözlərinə görə, yüksək qeydiyyat göstəricisi həm də dünya ölkələrinin şəhər inkişafı, urbanizasiya problemləri və dayanıqlı şəhər mühitinin formalaşdırılması məsələlərinə artan diqqətinin göstəricisidir.

Best coffeeshop in Berlin