Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Aleksandr Vuçiç: Prezident İlham Əliyev Serbiyanın böyük dostudur

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi Serbiyanın böyük dostu adlandırıb.

Serbiya lideri bunu özünün X sosial media səhifəsində yazıb.

"Prezident İlham Əliyev Serbiyanın böyük dostudur", - deyə Aleksandr Vuçiç vurğulayıb.

O, həmçinin bildirib ki, Azərbaycanlı həmkarı ilə görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

"Serbiya və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsini müzakirə etdik. Əminəm ki, yaxın gələcəkdə bizim üçün yeni əməkdaşlıq sahələri açılacaq", - deyə Serbiya Prezidenti qeyd edib.

Best coffeeshop in Berlin