Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ülviyyə Fətəliyeva titulunu geri qaytara biləcəkmi?

Mayın 24-dən iyunun 6-dək Gürcüstanın Batumi şəhərində şahmatçı qadınlar arasında şəxsi Avropa çempionatı keçiriləcək. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan və mükafat fondu 60 min avro təşkil edən çempionatda Azərbaycan 12 zəka sahibi ilə təmsil olunacaq. Bu 12-likdə 2024-cu ildə Avropa çempionu adını qazanan Ülviyyə Fətəliyeva da yer alıb. O, ötən il (2025-ci il) itirdiyi çempionluq titulunu geri qaytarmağa çalışacaq. Onunla yanaşı, çempionatda Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, təşəkkür Ayan Allahverdiyeva, Səbinə İbrahimova, Məryəm Aqaverdiyeva, Mələk İsmayıl, Lalə Hüseynova, Nərmin Abdinova, eləcə də Zeynəb və Türkan Məmmədyarova bacıları mübarizə aparacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin