Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rusiya Ermənistandan gül idxalına məhdudiyyətlər tətbiq edir

Rusiya 22 maydan etibarən Ermənistandan gül idxalına məhdudiyyətlər tətbiq edəcək.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat verib.

Qeyd olunur ki, bu qərar Rusiyanın fitosanitar təhlükəsizliyini təmin etmək və ixrac potensialını qorumaq üçün verilib.

Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin zəmanətlərinə baxmayaraq, Avrasiya İqtisadi Birliyi çərçivəsində qadağan olunmuş karantin məhsulları ölkədə aşkarlanmaqda davam edir.

Rosselxoznadzor 96,2 milyon vahid çiçək məhsulunun idxalı zamanı 135 qanun pozuntusu qeydə alındığını bildirib. Bu rəqəm 2025-ci ildə aşkarlanan bütün halların 77%-ni təşkil edir.

Best coffeeshop in Berlin