Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə cüdoçuların İliqa yarışının 2-ci turu başlayıb

Dünən Xırdalandakı "Abşeron" Olimpiya İdman Kompleksində 17 yaşlı yeniyetmələr arasında cüdo üzrə Liqa yarışlarının ikinci turuna start verilib. İki gün davam edəcək turnirin start günü 6 çəkidə 245 cüdoçu tatami üzərinə çıxaraq medallar uğrunda mübarizə aparıb. Qızlar 40, 52 və 70, oğlanlar isə 50, 66 və 90 kq çəki dərəcəsində çıxış ediblər.

Qızların yarışında Sofiya Bikova (40 kq), Məleykə Mürsəliyeva (52 kq) və Türkan Məmmədəli (70 kq), oğlanlar arasında isə Ülvi Cəlilzadə (50 kq), Əli Cəfərov (66 kq) və Saleh Rzayev (90 kq) qalib olub.

ACF-dən verilən məlumata görə, bu yarışlar cari ildə 3 turdan ibarət olacaq. Yarışlar cüdoçuların reytinq cədvəlinin formalaşmasında mühüm rol oynayır.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin