Masallının futbol istedadı “Turan”da
Əli Kiçibəyov “Turan”ın və U-17 yığmasının diqqət mərkəzində
Masallı futbol məktəbinin yetirməsi olan gənc futbolçu Əli Fariz oğlu Kiçibəyov uğurlu çıxışı ilə diqqət çəkməyə davam edir. 2022/2023 mövsümündə “Viləş PFK”dan “Turan” Tovuz Futbol Akademiyasına transfer olunan perspektivli oyunçu hazırda ölkə futbolunun gələcək vəd edən simalarından biri hesab olunur.
Cəmi 17 yaşında olmasına baxmayaraq Əli Kiçibəyov artıq Azərbaycan futbolunda mühüm addımlar atmağı bacarıb. O, eyni zamanda Azərbaycan U-17 milli yığmasının da üzvü kimi ölkəmizi beynəlxalq arenada təmsil edir. Gənc futbolçunun intizamı, oyun bacarığı və inkişaf potensialı məşqçilər tərəfindən yüksək qiymətləndirilir.
Qeyd edək ki, Əli Kiçibəyovun futbola ilk addımlarında böyük əməyi olan şəxs UEFA kateqoriyalı məşqçi Bəxtiyar Mehrəliyev olub. Məhz onun rəhbərliyi altında formalaşan gənc futbolçu qısa müddətdə özünü göstərərək peşəkar klubların diqqətini cəlb etməyi bacarıb.
Masallı futbol ictimaiyyətinin qürur mənbəyinə çevrilən Əli Kiçibəyova gələcək karyerasında yeni uğurlar, böyük qələbələr və daim yüksələn futbol yolu arzulayırıq.
Akif AĞAYEV


