Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ÜST yeni hantavirus infeksiyası barədə məlumat yayıb

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, ÜST MV Hondius gəmisindən təxliyə edilənlər arasında daha bir hantavirus infeksiyası halını təsdiqləyib və bununla da ümumi yoluxma sayı 12-yə çatıb.

"Bu gün Niderland Tenerifedə gəmidən düşən heyət üzvündə daha bir yoluxma halını təsdiqləyib. O, Niderlanda qaytarılıb və o vaxtdan bəri özünütəcriddədir. Hazırda 12 yoluxma halı və üç ölüm halı məlumdur", - deyə o, Cenevrədə keçirilən mətbuat brifinqində bildirib.

ÜST-ün baş direktoru həmçinin qeyd edib ki, təşkilatın ilk dəfə hantavirus epidemiyası barədə məlumat verdiyi 2 maydan bəri hantavirusla bağlı yeni ölüm halları qeydə alınmayıb.

Best coffeeshop in Berlin