Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

WUF 13 belə başa çatdı - FOTOREPORTAJ

BMT-nin Dünya Şəhər Forumunun 13-cü sessiyası (WUF13) başa çatdı.

Mayın 17-dən 22-nə kimi baş tutan forumun əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” idi.

Dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından biri hesab olunan forum çərçivəsində gün ərzində müxtəlif panel müzakirələri, beynəlxalq görüşlər, təqdimatlar və tərəfdaş tədbirləri təşkil olunub.

Forumun son günündə dayanıqlı şəhər inkişafı, təhlükəsiz yaşayış məskənləri, iqlim dəyişiklikləri, urbanizasiya və inklüziv şəhər mühiti ilə bağlı müzakirələr aparılıb. Tədbirlərdə dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, şəhərsalma üzrə ekspertlər, alimlər və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

Xatırladaq ki, mayın 17-dən 22-dək keçirilən WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub. Forumda 182 ölkədən on minlərlə iştirakçı qeydiyyatdan keçib.

Fotolar: Araz Məmmədov

Best coffeeshop in Berlin