Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya kimya sənayesinin bir hissəsi və hərbi obyekti olan “Metafrax Chemicals” şirkətinə zərbə endirib.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”dakı paylaşımında bildirib.

O, Rusiyanın əsas hərbi obyektlərindən birinin məhv edilməsinə görə Ukrayna Təhlükəsizlik Xidmətinə minnətdarlıq edib: "Sərhədimizdən məsafə 1700 kilometrdir, obyekt Perm bölgəsindədir. “Metafrax Chemicals” Rusiya kimya sənayesinin vacib hissəsidir".

Zelenski şirkətin məhsullarının onlarla digər Rusiya hərbi istehsal müəssisəsini təmin etdiyini bildirib.

“Buraya təyyarələr, dronlar, raket mühərrikləri və partlayıcı maddələr daxildir. Artıq müəssisədə istehsal dayandırılıb. Bizim “uzaqməsafəli sanksiyamız” vacibdir”, - deyə o yazıb.

Best coffeeshop in Berlin