Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rusiya XİN əcnəbiləri dərhal Kiyevi tərk etməyə çağırıb

Rusiya Xarici İşlər Nazirliyi xarici vətəndaşlara Kiyevi mümkün qədər tez tərk etməyi və şəhər sakinlərinə hərbi və inzibati infrastruktur obyektlərindən çəkinməyi tövsiyə edib.

Müvafiq bəyanat nazirliyin saytında dərc edilib.

XİN-in açıqlamasında deyilir: "Yuxarıda qeyd olunan obyektlərin Kiyev boyunca səpələnmiş şəkildə yerləşdiyini nəzərə alaraq, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları da daxil olmaqla, xarici vətəndaşları şəhəri mümkün qədər tez tərk etmələrinin vacibliyi və Ukrayna paytaxtının sakinlərinin Zelenski rejiminə məxsus hərbi və inzibati infrastruktur obyektlərindən çəkinmələri barədə xəbərdar edirik".

Best coffeeshop in Berlin