Azərbaycan və Misirə aid rəsm əsərlərinin sərgisi keçirildi
27.02.2025-ci il tarixində Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Esmeralda rəsm studiası"-nın təşkilatçılığı ilə orta məktəb şagirdlərinin və bəzi rəssamların Azərbaycan və Misirə aid rəsm əsərlərinin sərgisi keçirilmişdir. Sərginin açılışını edən mərkəzin müdiri Prof. Dr. Tarek Mohammad qonaqları salamlamış və Misiri görmədikləri halda belə möhtəşəm rəsm əsərlərini ərsəyə gətirdikləri üçün iştirakçılara təşəkkürünü bildirmiş və onlara uğurlar arzu etmişdir. Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunmuşdur.
Rüstəm Fərman
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



