Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əsəd Quliyev:

Əməkdar rəssam Nazim Rəhmanov vəfat edib

Əməkdar Rəssam Nazim Rəhmanov vəfat etmişdir.
Allah rəhmət eləsin. 
Nazim  Şamil oğlu Rəhmanov 11 may 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1974-cü ildə isə Moskva Dövlət Poliqrafiya İnstitutunu bitirmişdir. Nazim Rəhmanov 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə Nazim Rəhmanov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülmüş, 2021-ci ildə isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Onun əsərləri ölkəmizdə və xaricdə muzey və qalereyalarda, eləcə də şəxsi kolleksiyalarda saxlanılır.
Tanınmış rəssam “Abşeron” (1972), “Qız pişik ilə” (1975), “Çörək bişirənlər” (1977), “Qız və xoruz” (1977), “Muğam” (1978), “Görədil” (1980), “Lənkəranda bazar” (1982), “Xartut” (1982), “Dərviş və muğam” (1982), “Balıqlar” (1983), “Nənəmgilə qonaq gəlmişəm” (1983), “Haray” (1984), “Unudulmuş mahnı” (1985), “Həyat ağacı” (1989), “İthaf” (1990, “İnsanlar və zaman” silsiləsi (“Firon”, “İmperator”, “Xəlif”), (1992), “Habil və Qabil” (1995), “Dialoq” (1994), “Faciə” (1997),  "Don Kixot” (2001), “Metamarfoza” (2002), "Ana və uşaq” (2002), “Mələk” (2006), “Ailə” (2009), “Adəm və Həvva” (2010), “İnsan və kainat” (2011) və başqa əsərlərin müəllifidir.
Nazim Rəhmanov Azərbaycan Rəssamlar İttifaqı tərəfindən 2015-ci ildə “İlin ən yaxşı rəngkarlıq əsərinin müəllifi” mükafatına layiq görülmüşdür. İstedadlı rəssam həmçinin 1989-cu ildə  Bakıda təşkil olunan “Xəzəryanı Ölkələrinin Bienallesi” beynəlxalq rəngkarlıq simpoziumunun qızıl medalına layiq görülüb, 2009-cu ildə Daşkənddə təşkil olunan Beynəlxalq Bienallenin diplomçusu olub. 2010-cu ildə ABŞ-da işıq üzü görən və dünyanın aparıcı rəssamlarının yaradıcılığını əhatə edən albomda rəssamın iki əsəri yer almışdır.

 

Best coffeeshop in Berlin