AGF Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edən ölkələrin sayını açıqlayıb
Bakıda keçiriləcək Akrobatika Gimnastikası üzrə Dünya Kubokunda iştirak edən ölkələrin sayı açıqlanıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnirdə 11 ölkədən idmançılar iştirak edəcək.
Ev sahibi Azərbaycan komandası ilə yanaşı, Avstraliya, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, İspaniya və Ukrayna təmsilçiləri də medallar uğrunda mübarizə aparacaqlar.
Akrobatika Gimnastikası üzrə Dünya Kuboku 5-7 iyun tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.


