Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şamil Sadiq:

“ArtTECH Müstəqillik Günü” düşünən və yaradan gənclərin bayramına çevrildi

Bu gün Hədəf STEAM liseyi Abşeron filialında keçirilən 28 May Müstəqillik Gününə həsr olunmuş “ArtTECH Müstəqillik Günü” bir tədbirdən daha çox, yaradıcılığın, bacarığın, düşüncənin və komanda ruhunun bir araya gəldiyi möhtəşəm bir atmosfer idi.
Bu interaktiv tədbirdə incəsənət və texnologiya bir-birini tamamladı, elm və yaradıcılıq eyni səhnədə birləşdi. Rəqs performansları, rəsm sərgisi,     kimyəvi təcrübələr, texnologiya təqdimatları, toxuculuq nümunələri, şahmat bacarıqları, bədiiliyi ilə seçilən inşa təqdimatları, eləcə də idman istiqamətində oxatma və parkur oyunları tədbirə xüsusi rəng qatdı. Hər bir fəaliyyət balabilgələrimizin həm istedadını, həm də düşüncə dünyasını nümayiş etdirdi.
Stendlərdə nümayiş olunan əl işləri, praktik fəaliyyətlər və yaradıcı layihələr qonaqlarda böyük maraq yaratdı. Hər addımda zəhmət, düşüncə, yaradıcılıq və sevgi hiss olunurdu.
“ArtTECH Müstəqillik Günü” yadda qalan duyğular, alqış dolu anlar və böyük uğurla yekunlaşdı. Əməyi keçən bütün müəllimlərimizə, təşkilatçılarımıza, valideynlərimizə və parlayan balabilgələrimizə sonsuz təşəkkür edirik! 
“Bir millətin gələcəyi onun yetişdirdiyi düşünən, yaradan və sevən övladlardır.”
Yaşasın müstəqil Azərbaycan!

Best coffeeshop in Berlin