Varis Yolçuyev:
“İrəvanda xan qalmadı” romanının təqdimatı Qərbi Azərbaycan İcmasında keçirildi
Dövlət sifarişi ilə yazılmış, İrəvan qalasının çar ordusu tərəfindən işğalından bəhs edən “İrəvanda xan qalmadı” romanının rəsmi təqdimat mərasimi Qərbi Azərbaycan İcmasında keçirildi.
Yalnız romanı oxuyanlar çıxış etdilər, bu da tədbirə xüsusi rəng qatdı.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə, Milli Məclisin deputatı Hikmət Babaoğluya, Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramova, AMEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının müşaviri Nazim Mustafaya, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilliyə, filologiya elmləri doktoru, professor Avtandil Ağbabaya, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyniyə, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının fəalları Kənan Heydərliyə və Zəhra Allahverdiyevaya minnətdarlığımı bildirirəm.
Və əlbəttə ki, bu romanın ərsəyə gəlməsində xüsusi rolları olan Azərbaycan Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyevə və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevaya xüsusi minnətdarlığımı izhar edirəm.
Bir romana belə böyük maraq və bu cür ajiotajın yaranması əlbəttə ki böyük hadisədir.
“İrəvanda xan qalmadı”.
Amma o xan o İrəvana mütləq qayıdacaq!


