Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yazıçı-şair Vahid Aslanla görüş keçirildi

May ayının 22-də Bakı şəhəri, Sabunçu rayonu 94 saylı tam orta məktəbdə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, yazıçı-şair Vahid Aslanla məktəb kollektivinin və valideynlərin görüşü keçirilmişdir. Görüş Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA-nın) “Milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili üzrə Təlimat”a əsasən təşkil olunmuşdur.
Tədbir Azərbaycan Pespublikası Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başladı. 
Vahid Aslanın qısa tərcümeyi-halını və keçdiyi zəngin yaradıcılıq yolunu özündə əks etdirən video-rolik tədbir iştirakçılarına təqdim olunduqdan sonra, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elvina Abadlı belə görüşlərin şagirdlərin dünyagörüşünün genişlənməsində, kitaba və bədii yaradıcılığa olan marağının artırılmasında, milli-mənəvi irsimizin qorunub saxlanılmasında mühüm rol oynadığını vurğuladı.
Daha sonra məktəbin kitabxana müdiri Səbinə Manafova və kitabxanaçı Nuridə Bayramovanın təşkilatçılığı ilə hazırlanan bir-birindən maraqlı çıxışlar şagirdlərin ifasında nümayiş olundu. Onlar Vahid Aslan yaradıcılığından vətənə, doğma Qarabağa, ana yurda, Zəfər tariximizə və qələbəmizə həsr olunan şeir nümunələrini səsləndirdilər. Bununla yanaşı, sözləri Vahid Aslana, musiqisi isə məktəbin rus dili və ədəbiyyat müəllimi Gülnarə Əliyevaya məxsus “İgid Əsgərim” mahnısı  “Gənc aktyorlar” dram dərnəyinin şagirdlərinin ifasında səsləndirildi. Məktəbin Rus sektorunda təhsil alan birinci sinif şagirdlərinin Vahid Aslanın “Riyaziyyat və Poeziya” kitabının materialları əsasında səhnələşdirdiyi səhnəcik də tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Şairin  “Şəhidlə ananın söhbəti” şeiri əsasında hazırlanan səhnəcik də alqışlarla qarşılandı. Onu da qeyd edək ki, bu tədbirdə Vahid Aslanla yanaşı onun qızı, gənc yazıçı, BDU-nun II kurs tələbəsi, “Mənimlə danış” adlı kitabın müəllifi Gülay Əsgərli də iştirak edirdi. 
Şagirdlərin bir-birindən maraqlı çıxışlarından sonra Vahid Aslan və Gülay Əsgərli çıxış edərək məktəblərdə belə görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, təşkilatçılara eləcə də əməyi keçənlərə minnətdarlıq etdilər. 
Tədbirin sonunda Vahid Aslan və Gülay Əsgərli yeni nəşr olunan kitablarını öz imzaları ilə görüş iştirakçılarına hədiyyə etdilər. 

Nuray Əsgərli

Best coffeeshop in Berlin