EuroVolley-2026-nın rəsmi topları təqdim edilib
2026-cı ilin avqust-sentyabr aylarında qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının (EuroVolley-2026) rəsmi topları təqdim edilib. Toplar CEV və Mikasa tərəfindən hazırlanıb və müasir dizaynla klassik üslubun qarışıqi şəklindədir.Toplar çempionatın oyunlarına ev sahibliyi edəcək ölkələrin rənglərini əks etdirir.
Yeri gəlmişkən, qrup oyunları 4 müxtəlif qruplarda və ölkələrdə keçiriləcək - Türkiyə (A qrupu), Çexiya (B qrupu), İsveç (D qrupu), Azərbaycan (C qrupu).
Azərbaycanın ev sahibliyi edəcəyi C qrupunda millimizlə yanaşı, Portuqaliya, Hollandiya, Belçika, Rumıniya və İspaniya komandası mübarizə aparacaq. Oyunlar 21-28 avqust günlərində Milli Gimnastika Arenasında keçiriləcək.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



