Atletlərimiz Avropa çempionatında fərqləniblər
Monakoda kiçik ölkələr arasında atletika üzrə Avropa çempionatı keçirilib. Çempionatda Azərbaycan da daxil olmaqla, 17 ölkəni təmsil edən 300-dək atlet medallar uğrunda mübarizə aparıb. Sözügedən yarışda iştirak edən təmsilçilərimiz inamla çıxış edərək, mükafatçılar sırasında yer alıblar. İll Lui stadionunda baş tutan yarışda təmsilçilərimizdən Lamiyə Vəliyeva 100 metr məsafəni 11,91 saniyəyə qət edərək ikinci yeri tutub. 400 metr məsafədə özünü sınayan İlahə Quliyeva isə 54,64 saniyə nəticə ilə finişə üçüncü çatıb. Bu nəticə ilə İlahə həm də Azərbaycan rekordunu yeniləyib.
Nüvə itələmə yarışında isə Səkınə Hacızadə 12.78 metr nəticə ilə bürünc medal qazanıb. Daha bir bürünc medali isə Lamiyə Vəliyeva, İlahə Quliyeva, Səfayə Kərimova və Fəridə Rzayevadam ibarət dördlük estafet yarışında qazanıb.
İNTİQAM Məmmədov


