Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da yuvalayan quş növlərinin yayılması və davranış xüsusiyyətləri öyrənilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin doktorantı Ramil Həsənov tərəfindən Qızılağac Milli Parkında növbəti elmi-tədqiqat işləri aparılıb. Tədqiqatların əsas məqsədi park ərazisinin bioloji müxtəlifliyinin daha dərindən öyrənilməsi və ekosistem dinamikasının qiymətləndirilməsi olub. Çöl tədqiqatı zamanı xüsusilə yuvalayan quş növlərinin yayılması və onların davranış xüsusiyyətləri, ərazidə mövcud olan sürünənlərin və suda-quruda yaşayanların növ tərkibi araşdırılıb. Bunlarla yanaşı, yırtıcı məməlilərin gündəlik aktivlik ritmlərinin müəyyənləşdirilməsi məqsədilə müşahidələr həyata keçirilib. Qeyd olunanları həyata keçirtmək üçün Milli Parkın Kiçik Qızılağac Körfəzinin su akvatoriyasında yuvalayan quşların monitorinqi aparılıb, növ müxtəlifliyi və növlərin balalarının sağqalma faizi öyrənilib. Milli Parkın quru hissəsində də müxtəlif metodlardan istifadə edilərək ekosistemlərin müasir vəziyyəti və burada yayılmış fauna və flora nümayəndələrinin növ müxtəlifliyi tədqiq edilib.

Tədqiqatların digər istiqaməti iqlim dəyişmələrinin və Xəzər dənizinin su səviyyəsində müşahidə olunan azalmaların Milli Parkın müxtəlif landşaft tiplərinə təsirinin qiymətləndirilməsi olub. Toplanmış məlumatlar əsasında gələcəkdə mümkün ekoloji dəyişikliklərin proqnozlaşdırılması və mühafizə tədbirlərinin elmi əsaslarının gücləndirilməsi hədəflənir.

Qızılağac Milli Parkının ərazisində aparılan bu cür tədqiqatlar Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərində biomüxtəlifliyin qorunması, dayanıqlı ekosistem idarəetməsi və ekoturizm sahəsində mühüm elmi əhəmiyyət daşıyır.

* * *

* * *

RU:

В БГУ изучают распространение и характеристики гнездящихся видов птиц

Докторант факультета экологии и почвоведения Бакинского государственного университета (БГУ) Рамиль Гасанов провел очередное научное исследование в Гызылагачском национальном парке. Главная цель исследования заключалась в более глубоком изучении биологического разнообразия территории парка и оценке динамики экосистемы. В частности, исследовалось распространение гнездящихся видов птиц и их поведенческие характеристики, видовой состав рептилий и земноводных на территории парка. Кроме того, проводились наблюдения для определения суточных ритмов активности хищных млекопитающих. Проводился мониторинг гнездящихся птиц, изучалось видовое разнообразие и выживаемость их птенцов. Изучалось текущее состояние экосистем и видовое разнообразие представителей фауны и флоры территории.

Еще одно направление исследования заключалось в оценке влияния изменения климата и наблюдаемого снижения уровня воды Каспийского моря на ландшафтные типы парка.

Подобные исследования имеют важное научное значение в области сохранения биоразнообразия, устойчивого управления экосистемами и экотуризма в особо охраняемых природных территориях.

 

Best coffeeshop in Berlin