Qadın basketbol millimiz DK-ya qələbəylə başlayıb
Dünən Polşanın paytaxtı Varşavada qadınlar arasında 3x3 basketbolu üzrə Dünya Kubokuna (Dünya Çempionatı da demək olar) qrup oyunları ilə start verilib. ABF-dən verilən məlumata görə, millimiz mundiala qələbə ilə başlayıb. Xanım basketbolçularımız startda Madaqaskardan güclü olub - 21:13.
Millimiz bu gün saat 22:20-də çempionatın faboritlərindən sayılan Hollandiya ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov


