Millimiz Serbiyani məğlub edərək Avropa çempionatının finalina yüksəlib
Slovakiyanın paytaxtı Bratislavada mini-futbol üzrə keçirilən və Azərbaycan millisinin də mübarizə apardığı Avropa çempionatı artıq finişə yaxınlaşıb. Dünən gecə saatlarında çempionatda yarımfinal mərhələnin oyunları keçirilib və finalcilar müəyyənləşib. Yarımfinal görüşlərinin birində son dünya çempionatının (DÇ-2025) qalibi adını daşıyan Azərbaycan millisi ilə son Avropa çempionu (AC-2024) Serbiya yığması qarşılaşıb. Olduqca maraqlı və gərgin mübarizə şəraitində keçən və nəfəsləri kəsən bu oyunun qalibi baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi olub.
Qeyd edək ki, oyunun əsas hissəsi sülh şəraitində (1:1) bitdiyi üçün tərəflər penaltilər seriyasından yararlanmağa çalışıblar. Penaltilər seriyasında daha dəqiq olan Azərbaycan millisi adını çempionatın finalına yazdırıb. Xatırladaq ki, əsas hissənin 12-ci dəqiqəsində Xətai Baqirov hesabı açaraq millimizi irəli çıxarıb - 1:0. Lakin matçın 16-ci dəqiqəsində rəqib pozulmuş statusu bərpa etməyi bacarıb - 1:1. Bundan sonra tərəflərdən heç biri fərqlənə bilməyib.
Əsas vaxt bitəndən sonra qalibi aşkar etmək üçün qapılara penaltilər vurulub. Bu seriyada Azərbaycan millisinin üzvləri daha dəqiq olublar - 3:1. Burada əsas hissənin sonlarında ciddi zədə aldığı üçün meydanı tərk edən qolkiper Ağaseyid Qasımovu əvəzləyən ikinci qapıçı Vəli Qafarovun qəhrəmanıliqi əsas rol oynaıb. Onun penaltı seriyasında ikinci zərbəni dəf edə bilməsi bu qələbənin təməlini qoyub.
Beləliklə, cempionat başlayandan maksimum nəticə göstərən Azərbaycan millisi finala yüksəlib. Finalda isə millimizin rəqibi digər yarımfinalda Macarıstan komandasını (1:5) məqlub edən Ukrayna yığmasıdir.
Yeri gəlmişkən, Azərbaycan millisi ilk Avropa çempionu adını 2022-ci ildə (AÇ -2022) məhz bu ölkədə qazanıb. İndi isə bu ölkədə titulunu özünə qaytarmağa çox yaxındı. Millimizi ikiqat Avropa çempionu adından cəmi bir final oyunu ayırır.
Komandamıza bu həlledici finalda uqurlar arzulayırıq.
İNTİQAM Məmmədov


