Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ölkənin ən böyük uşaq festivalı

1 iyun Uşaqlar Günü ilə əlaqədar, Dəniz Mall ölkənin ən böyük uşaq festivalına ev sahibliyi edir. 

Festival çərçivəsində Dəniz Mall-un çöl girişində 15-ə yaxın dəniz canlısının maketləri yerləşdirilmişdir. Maketlərdən qızıl balıq, su pərisi, dəniz ulduzu və sair. su canlıları bura gələn uşaqların və valideynlərin böyük marağına səbəb olur. Strafor Kəsim MMC-nin rəhbəri Nahid Eminovla maketlərin hazırlanması barədə söhbət etdik. O bildirdi ki, dekorlar həmin mərkəzdə heykəltaraşlar, ustalar və rəssamlar tərəfindən hazırlanmışdır: - Strafor adlanan materialdan hazırlanan bu dekorlar uzun iş prosesindən keçərək şəhərin mərkəzi hissəsində yerləşən Dəniz Mall-un həyətində quraşdırılmışdır. Bu layihə bütöv bir komanda tərəfindən ərsəyə gətirilib. 12 iyul tarixinə qədər bu maketlərin sərgisi baş tutacaq. İstəyən hər kəs gəlib, şəkil çəkdirə bilər.

Qeyd edək ki, hər həftənin bazar günü 20-yə yaxın fərqli personajlar ilə maskot paradı da keçiriləcək. Rəngarəng və fərqli geyimlərdə olan maskotlar Dəniz Mall-un həm çölünü, həm də daxilini gəzərək insanlara xoş təəssürat yaradır, onları əyləncəyə çağırır.

Həmçinin, Dəniz Mall daxilində fərqli mövzularda zonalar quraşdırılmışdır. Həftə içi  insanlar bu zonalarda gəlib foto çəkdirə bilər, şənbə və bazar günləri isə saat 12:00-dan 22:00-a qədər müxtəlif oyunlar, face art və s. fəaliyyətlərlə tanış ola bilərlər.

Festivalın maraqlı hissəsi isə “Dənizçi Pasportu” kampaniyasıdır. “Dənizçi Pasportu” kampaniyası 31 may – 22 avqust 2026-cı il tarixləri arasında Dəniz Mall-da keçirilir.

31 may 2026-cı il tarixindən etibarən Dəniz Mall-da həyata keçirilən hər minimum 50 AZN məbləğində alış-veriş əsasında ziyarətçilər Məlumat Mərkəzinə yaxınlaşaraq xüsusi “Dənizçi Passportu” əldə edə bilərlər.

Kampaniya müddətində Dəniz Mall daxilində bir mağazada edilən hər minimum 50 AZN alış-verişə görə passporta 1 möhür vurulur. Hər həftənin bazar günü ən çox möhür toplamış 5 passport sahibi qalib hesab ediləcək və 500 AZN dəyərində Dəniz Mall hədiyyə paketinə sahib olacaqdır.

Həmçinin şənbə və bazar günü pasportuna möhür vurulan şəxslər oyun zonalarına ödənişsiz giriş əldə edəcəkdir.

Festival barədə ətraflı məlumat əldə etmək üçün Dəniz Mall Instagram səhifəsini izləyin.

“Dənizçi Passportu” kampaniyası barədə ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.

 

Best coffeeshop in Berlin