Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan millisi ikiqat Avropa çempionu olub

Slovakiyanın paytaxtı Bratislavada mini-futbol üzrə keçirilən və Azərbaycan komandası da daxil olmaqla 24 yığmanın mübarizə apardığı Avropa çempionatına dünən gecə saatlarında həlledici final matçı ilə yekun vurulub. Çempionatın qalibi adını isə baş məşqçisi Elşad Quliyev olan və həlledici final matçında Ukraynanı (2:0) məğlub edən Azərbaycan yığması qazanıb. Olduqca gərgin mübarizə şəraitində keçən həlledici görüşün 7-ci dəqiqəsində Mirmehti Rzayev hesabı açıb -1:0. Matçın 50+5 dəqiqəsində isə İsa Atayev fürsəti qaçırmayın - 2:0.

Bununla da çempionata son dünya çempionatının (DÇ-2025) qalibi kimi yollanan millimiz 2022-ci ildə məhz bu ölkədə keçirilən AÇ-2022-də olduğu kimi yenə də fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, ikiqat Avropa çempionu adını qazanıb.

Xatırladaq ki, Azərbaycan millisi zirvəyə gedən yolda əvvəlcə yer aldığı "F" qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransani (3:2) məğlub etdikdən sonra 1/8 finalda Qazaxıstanı (3:2), 1/4-də Çexiyanı (5:2) və yarımfinalda son Avropa çempionu (AÇ2024) adını daşıyan Serbiyanı (1:1 əsas hissə, 3:1 penaltilər seriyası) məğlub edib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin