Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Osloda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir təşkil edilib +FOTO=17

Norveç paytaxtı Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib.

AZpress.AZ xəbər verir ki, tədbirdə Azərbaycanın zəngin mədəni irsi, milli-mənəvi dəyərləri və dövlətçilik ənənələrini əks etdirən sərgi nümayiş olunub. Sərgidə dövlət rəmzləri, kəlağayı nümunələri, milli atributlar və Azərbaycan mədəniyyətini təcəssüm etdirən müxtəlif eksponatlar təqdim edilib.
Konsertin açılışında çıxış edən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin müəlliməsi və koordinatoru Gunay Aliyeva Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, xalqımızın müstəqillik ənənələrindən və bu dəyərlərin gələcək nəsillərə aşılanmasının vacibliyindən danışıblar.

Konsertin bədii hissədə milli musiqi və rəqs nömrələri təqdim olunub. Drezden Simfonik Orkestrinin solisti, Norveç Musiqiçilər Birliyinin üzvü,kamança ifaçısı Şəbnəm Hüseyn milli musiqilər və mahnılarla çıxış edərək tədbirin yüksək əhval-ruhiyyədə keçməsinə töhfə verib. Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Arvin Balanji pianoda musiqi nömrələri ifa edib. Bəstəkar-pianoçu Arzu Rzayeva isə müəllifi olduğu əsərləri səsləndirib.
Rəqqaslar Əzizə İbrahimova və Səid İbrahimov konsertdə Azərbaycan milli rəqslərini təqdim edərək iştirakçılar tərəfindən böyük maraqla qarşılanıblar.

Konsertdə xanəndə Aytən Xakzadın ifasında muğam və xalq musiqisi nümunələri də səsləndirilib. İfa olunan musiqi nömrələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri də proqramda fəal iştirak edərək 28 May – Müstəqillik Gününə, Vətənə və dövlətçilik dəyərlərinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Tədbirin əsas məqsədi Norveçdə yaşayan Azərbaycan icmasının birliyinin və həmrəyliyinin daha da möhkəmləndirilməsi, Azərbaycan tarixinin, mədəniyyətinin və milli dəyərlərinin təbliği və 28 May – Müstəqillik Gününü qeyd etmək olmuşdur. 

Qeyd edək ki, tədbir iştirakçılara Azərbaycanın müstəqillik tarixini, milli-mədəni irsini və dövlətçilik ənənələrini daha yaxından tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyıb.

Best coffeeshop in Berlin