Respublikanın Əməkdar müəlimi İlhamə Ağayevanın "Klassik violin musiqisi" adlı konserti keçirilib +FOTO=59
5 iyun 2026-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının simli alətlər kafedrasının baş müəllimi, Respublikanın Əməkdar müəlimi İlhamə Ağayevanın "Klassik violin musiqisi” adlı konserti keçirilmişdir.
AZpress.AZ xəbər verir ki, konsertin aparıcısı Ləman Əhədova İlhamə xanımın fəaliyyətinin əsas istiqamətləri, Azərbaycan violin ifaçılıq məktəbinin inkişafında mühüm xidmətləri illər ərzində yetişdirdiyi istedadlı musiqiçilər və sənətinə olan sonsuz məhəbbətini xüsusi vurğulamışdır.
Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının solo və kamera ansamblı əsərləri respublika və beynəlxalq müsabiqələr laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Maqsud Cəfərli, Səidə Əhmədova, Ləman İsmayılova, Kənan Qələndərov Aytac Rzayeva, Niyazi adına 22 nömrəli UMM-nin şagirdi Zəhra Xəlilova,Bülbül adına OİMM-in şagirdləri Anar Məhərrəmov, Nəzrin Muxtarova, Amira Məcidova, Xumar Novruzlu, Tomris Eyvazlının ifasında səslənmişdir.
Konsertdə Ü.Hacıbəyli adlna BMA-nın professor və müəllim heyəti, Bakı incəsənət və musiqi məktəblərinin direktorları, musiqi ictimaiyyəti iştirak etmişdir.
Konsertin sonunda ,"Dədə Qorqud” fondu və "Azərbaycan Dünyası” beynəlxalq dərgisinin İdarə Heyətinin qərarı ilə musiqi təhsilinin inkişafına, gənc istedadların üzə çıxarılması və milli musiqi irsimizin təbliğinə verdiyi mühüm töhfələrə görə İlhamə Ağayeva "Dünyaya Sülh Naminə" "Türk Dünyasının" ali mükafatı "Dədə Qorqud" mükafatı ilə təltif edilmişdir. Bu ali mükafatı "Dədə Qorqud" fondunun prezidenti ,ictimai xadim Eldar İsmayıl təqdim etmişdir.
Gənc istedadların yüksək peşəkarlıqla təqdim etdikləri əsərlər tamaçaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
Fotolar: Rüstəm Fərman
* bu reportajda olan fotoları sifariş ermək üçün
+99477 737 75 76 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11
+99477 737 75 76


