Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Elçin Səlimli:

Məktəbdə vətənpərvərlik mövzusunda görüş keçirilib

Görüşü giriş sözü ilə tərbiyə işləri üzrə direktor müavini Yaşar Quliyev açdı . O başda şair Elçin Səlimli olmaqla gələn qonaqları salamladı və davam edərək aşağıdakı fikirləri söylədi :
Hörmətli kollektiv üzvləri və sevimli şagirdlərimiz . Bildiyiniz kimi , bu gün bizim qonağımız var və onun gəlişi ilə bu tədbiri keçiririk . Özü də qonağımız öz həmyerlimiz və bir vaxtlar ibtidai təhsilini bizim qəsəbədə almış şair Elçin Səlimlidir . O şairin gəlişi məqsədini dedi və məktəbimizin , həm də qəsəbəmizin ilk şəhidi Rafiq Gözəlov haqqında kitab yazacağını tədbir iştirakçılarına çatdırdı . Çıxışının sonunda şairə kollektivin təşəkkürünü bildirdi .
Sonra söz məktəbin ədəbiyyat müəllimi  Mətanət Sədyarovaya  verildi . O da hamını salamlayaraq dedi . Mən də bu gözəl təşəbbüsü 
alqışlayıram və hesab edirəm ki , yetişdirdiyimiz 
gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayacaqdır . Çünki gənclərimiz xalqımızın qəhrəmanlıq tarixini bilməli və öyrənməlidir .
Bunun ardınca söz bu məktəbi 60 il bundan əvvəl bitirmiş , sonra da bura da müəllim işləmiş, hal-hazırda təqaüddə olan riyaziyyat 
müəllimi Səfalı Hüseynova verildi . O da öz növbəsində qonaqları salamlayıb çıxışına davam edərək  məlumat verdi ki , şair bundan əvvəl də şəhid haqqında kitab yazıb və o kitabı 
Aşağı Surra  kəndinin şəhidi Rahim Səlimovun   yubileyində təqdim edib . Sonra o həmin kitabı  
tədbir iştirakçılarına göstərdi .
Daha sonra söz qardaşı 1 Qarabağ  müharibəsi 
zamanı  igidliklə döyüşərək şəhid olmuş , məktəbin coğrafiya müəllimi  Məhluqə Əsədovaya verildi . Müəllimə çıxış edərək hər iki Qarabağ savaşında vuruşaraq şəhid olanların keçdiyi həyat yoluna nəzər salaraq , onları bir daha xatırlatdı və bu məsələnin nə qədər önəmli olduğunu tədbirdəkilərin nəzərinə çatdırdı .
Bu çıxışdan sonra söz məktəbin  Azərbaycan dili və Ədəbiyyat , STEAM
müəllimi Günay Nağıyevaya verildi . Müəllimə çıxış edərək bu tədbirin nə qədər önəmli olduğunun vacibliyindən danışdı və onun şagirdlərimiz üçün nə qədər əhəmiyyətli olduğunu xüsusi ilə vurğuladı . Sonra o  bu görüşə gəldiyi üçün  şair Elçin Səlimliyə təşəkkür etdi və növbəti görüşün də belə gözəl və yüksək səviyyədə keçirilməsi üçün əllərindən
gələni edəçəklərinə söz verdi .
Sonda söz şairin özünə verildi . Şair çıxış edərək keçdiyi öz həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verdi , belə bir gözəl 
kollektivlə tanış olduğu üçün çox mənmun olduğunu söylədi . Həmçinin bu görüşün təşkili 
üçün məktəbin  kollektivinə  dərin təşəkkürlərini bildirdi , öz yeni kitablarını məktəbin kitabxanası  və kollektiv üzvlərinə təqdim etdi .
  Bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm : 
Biz görüşə başlayanda , ümumiyyətlə məktəbdə olarkən , məktəbin direktoru  Günay xanım Quliyeva , Rayon Təhsil İdarəsində müşavirədə olduğu üçün tədbirdə iştirak edə bilməmişdi . Özü olmasa da rəhbərlik etdiyi kollektivin üzvləri bizi çox mehriban və səmimi qarşıladılar . Bu da ona dəlalət edir ki , məktəb direktoru başda olmaqla müəllim kollektivi çox 
peşəkar və səviyyəlidirlər . Bütün işlərini də günün tələbləri səviyyəsində qurmuşlar . Bu isə məktəblərdə təlım və tərbiyənin düzgün istiqamətdə aparılmasında əsas şərtlərdən biridir . Onu da deyim ki , görüş qurtardıqdan sonra da olsa , məktəb direktoru Günay xanım gəldi və bizi çox böyük nəzakət , səmimiyyətlə 
qarşılayıb öz otağına dəvət etdi . Həmçinin bu görüş üçün bizə öz təşəkkürlərini bildirdi və söhbətin ardına burada davam etdik .
    Son olaraq bu görüşdən xatirə şəkilləri çəkdirdik .

Best coffeeshop in Berlin