Elçin Səlimli:
May ayını yola salarkən
Əziz dostlar , artıq May ayını yola salmaq üzrəyik . Açığını deyim ki , bu ay heç də xoşa gələn olmadı . Alışmadığımız ay kimi keçsə də ,
bir-neçə taŕxi hadisələrlə də yadda qaldı . Ayın əsasən son on günlüyü daha çox diqqətlərimizi cəlb edir . Bəli , ayın son on günü maraqlı və yadda qalan tədbirlərlə dolu oldu desəm , yəqin ki , yanılmaram . Hətta basa-bas oldu desəm , daha düz olar . Beləki ;
Ayın 22-də başlayan Vl Türk Dünyası Ədəbiyyatı və Kitab festivalı ayın 26-da uğurla başa çatdı . Qeyd edim ki , bu festival bir-çox yadda qalan məqamları ilə diqqətləri cəlb etdi .
-- yüksək səviyyədə hazırlanmış bu festival ilk növbədə TÜRK dünyasının birliyini önə çəkdi .
- - festival bütün düşmənlərimizə sübut elədi ki , baxın , insanlıq belə olar .
- - gələcək dünya düzənini biz tənzimləyəcək
və onu Türk dünyası quracaqdır .
- - həmçinin festivalda iştirak edənlər onun
gedişindən çox razı qaldılar və dəvət olunan qonaqları böyük sevinc , həm də ruh yüksəkliyi
ilə qarşıladılar .
- - festivalda iştirak edən qonaqlar , həm yerli iştirakçılar bundan böyük zövq aldılar və gözəl təəssüratlarla ayrıldılar .
Bu festival başa çatar-çatmaz , biz daha iki böyük və gözəl bayramımızı qarşıladıq , təntənə ilə qeyd edirik . Bunlardan biri Yer üzünün və müsəlman dünyasının ən böyük , həmçinin əziz
bayramı "QURBAN" bayramı , digəri isə 28 MAY
"RESPUBLİKA GÜNÜ " dür . Bəli , əzizlərim ! ...
ŞƏRQ də ilk müsəlman dövlətinin yaradılmasının 108-ci ildönümünü böyük təntənə ilə qeyd edirik .Azərbaycan Demokratik Respublikasının 108 yaşı tamam oldu , əzizlərim ! ...
Üstəlik bu bayramlar bu il üst-üstə düşdüyündən daha sevindirici oldu və xalqımız onu bu günlər böyük coşqu , təntənə ilə qeyd edirlər . Qalib dövlətimiz də çox sağ olsun ki ,
bu günləri birləşdirib tətil günlərini uzatdı və ayın sonuna dək davam edəcək .
Sadəcə bir məsələni qeyd etmək istəyirəm :
Hamı qurban kəsə bildimi ? - deyə bilmərəm .
Hamı 28 Mayı təntənə ilə qeyd edə bildimi ?-- onu da deyə bilmərəm ...
Bircə onu deyə bilərəm ki , cibimizdə kifayət qədər pulumuz olmadığından qurban kəsə bilməsək də , bayramı qeyd eləmək lazımdır .
Çünki bayram , bayramdır və onu qeyd etmək də lazımdır .Ələlxüsus 28 May "Respublika " gününü .
Bu ay bir də özünün intensiv yağışları , su basmaları , daşqınları və güçlü külək , leysanları ilə yadda qaldı . Çox təəssüflər olsun ki , bu fövqəl vəziyyət hələ də davam etməkdədir . Amma , bunlar da yəqin ki , tezliklə keçib gedər .
Görünür bunları da görmək qismətimiz də varmış . Və , son olaraq , mən bir daha bu bayramlar münasibəti ilə hamınızı ürəkdən təbrik edir və möhkəm can sağlığı arzulayıram .
Hamınıza xoş günlər diləyir və diqqətlərininizə
bu şeirimi də çatdırıram .
Dərin hörmətlə : Elçin Səlimli .
AZƏRBAYCAN ! AZƏRBAYCAN ! ...
Mən bir bütöv Azərbaycan ,
Qürurum ,həm varlığımsan ,
Sən vətənim , həm anamsan ,
Azərbaycan ! ... Azərbaycan ! ...
Dəmir qapı Dərbənd mənəm ,
Zəngəzuram , həm Göyçəyəm ,
Qarayazıyam , Borçalıyam ,
Azərbaycan ! ... Azərbaycan ! ...
Xan Arazam , Dəli Kürəm ,
Maral göləm , mən Göy göləm ,
Düşmənini məhv edərəm ,
Azərbaycan ! ... Azərbaycan ! ...
Mən Şuşayam , Qarabağam ,
Həm Aranam , həm də dağam ,
Sən olmasan , mən də yoxam ,
Azərbaycan ! ... Azərbaycan ! ...
Mən Bakıyam , mən Təbrizəm ,
Mavi gözlü bir dənizəm ,
Düşünmərəm , mən sənsizəm ,
Azərbaycan ! ... Azərbaycan ! ...


