Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəhriyar Məmmədyarov "Uzchess Cup"a qələbəylə başlayıb 

Dünən Özbəkistanda şahmat üzrə ənənəvi "Uzchess Cup-2026" beynəlxalq turnirə start verilib. İyunun 15-dək davam etməsi nəzərdə tutulan və reytinq göstəricisinə görə iki müxtəlif bölmədən ibarət olan turnirdə Azərbaycan şahmatçıları da iştirak edirlər.

AŞF-dən verilən məlumata görə, ən güclü şahmatçılar "Masters", biraz zəiflər isə "Challenqe" bölməsində mübarizə aparırlar. 'Masters"də ölkəmizi Azərbaycan şahmatinin lideri Şəhriyar Məmmədyarov təmsil edir. O, dünən start turunda hindistanlı Vidit Santoş Gujrsthyə qalıb gələrək ilk xalını qazanıb. 

Turnirin bu gün start götürəcək "Challenqe" bölməsində isə iki şahmatçımız - Eltac Səfərli və Məhəmməd Muradlı çıxış edəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin