Şamil Sadiq:
Bilgə insanın beş ana xətti
Hədəf konsepti-Bilgə insanın 5 ana xətti:
Özünü Dərk, Sağlamlıq, Bacarıq, Yaradıcılıq, Bilik.
1. Özünü Dərk – İnsani şüurun mərkəzi
İnsan öz kimliyini, mənəvi yönünü və mənasını dərk etdikcə kamilliyə doğru addımlayır.
2. Sağlamlıq – Ruh, bədən və təbiətin ahəngi
Sağlam bədən, təmiz düşüncə və təbiətlə harmoniya birlikdə əsl bütövlüyü yaradır.
3. Bacarıq – Əmək və məsuliyyətin tərbiyəsi
İnsanı insan edən onun əməlinin keyfiyyətidir; bacarıq ağıl və səbirin birləşməsidir.
4. Yaradıcılıq – Azad düşüncənin ifadəsi
Yaradıcılıq insanın içindəki coşqu və ilhamı reallığa çevirmə gücüdür.
5. Bilik – İdrakın və hikmətin işığı
Bilik insanı aydınlığa aparan yoldur; idrak isə bu bilginin mənaya çevrilmiş halıd
1. ÖZÜNÜ DƏRK
Bu dəyər insanın mənəvi kamilliyini, milli kimliyini və həyatdakı yerini tanımasını ifadə edir.
Beş açar söz:
• Kimlik – mənsubiyyətin, kökün və “mən”in tanınması.
• Milli – kimliyini dərk etməyən insanın özünü dərk etməsi mümkün deyil.
• Sevgi – özünə və insana sevgidən doğan kamillik.
• Vicdan – iç səsinin sükutu pozduğu an, gerçək özünü tapmaq.
• Dəyərlər – mənəvi möhkəmlik, insanın “kiməm?” sualına verdiyi cavabın əxlaqi və mədəni çərçivəsi
2. SAĞLAMLIQ
Bu həm fiziki, həm ruh sağlamlığı, həm də təbiətlə harmoniyanı simvolizə edir.
Beş açar söz:
• Təmiz – həm daxili, həm də zahiri saflıq.
• Təbiət – sağlamlığın başlanğıcı və sonu.
• İradə – sağlamlığın qorunmasının əsas prinsipi.
• Güclü – Sağlam bədəndə sağlam ruh olanda insan hər manada güclü olur.
• Ahəng – bədən, ruh və təbiətin birləşdiyi harmoniya halı.
3. BACARIQ
Bacarıq insanın əməl, əmək, zəhmət və praktik düşüncə üzərində formalaşan dəyəridir.
Beş açar söz:
• Əmək – bacarığın ilk müəllimi.
• Səbir – öyrənmənin və ustalığın gizli enerjisi.
• Məsuliyyət – bacarığın mənəvi ölçüsü.
• Təcrübə – səhvlərin içindən doğan bilik.
• Ustalıq – əli ilə ağlını birləşdirən insan halı.
4. YARADICILIQ
Yaradıcılıq həm fərdi ifadə azadlığı, həm də milli ruhun bədii inikasıdır.
Beş açar söz:
• Azadlıq – düşüncənin qanadıdır.
• Təxəyyül – yaradıcı ruhun nəfəsi.
• Cəsarət – fərqli düşünməyin ilk addımı.
• Coşqu – yaradıcılığın daxili enerjisi və ilhamın hərəkət qüvvəsi.
• İlham – yaradıcı ilə insan arasında körpü.
5. BİLİK
Bilik həm elmi, həm də mənəvi dünyanı işıqlandırır, “ağıl nuru”nu təmsil edir.
Beş açar söz:
• İdrak – biliklə əxlaqın birləşdiyi zirvə.
• Aydınlıq – cəhalətin qaranlığını dağıdan güc.
• Hikmət – biliyin dərin qatında olan nur.
• Təfəkkür – düşüncənin sükutda yetişməsi.
• Elm – zamanın və məkanın işığı.


