2026-cı il Dünya Kubokunun əsas favoriti müəyyənləşib
"The Athletic" jurnalının mütəxəssisləri 2026-cı il Dünya Kubokunda iştirak edən milli komandaların reytinqini dərc ediblər.
Analitiklər tərəfindən qarşıdan gələn turnirin əsas favoritlərindən biri hesab edilən İspaniya siyahıya başçılıq edib.
Lionel Messinin rəhbərlik etdiyi hazırkı dünya çempionu Argentina ikinci yeri tutub. Fransa ilk üçlüyü tamamlayıb.
Braziliya, Hollandiya, İngiltərə, Portuqaliya, Almaniya, Kolumbiya və Xorvatiya da ilk onluğa daxil olub.
Mərakeş 11-ci, Uruqvay 12-ci və ABŞ 23-cü yerdə qərarlaşıb. Özbəkistan 45-ci yeri tutub.
2026-cı il Dünya Kuboku 11 iyunda başlayacaq və ABŞ, Kanada və Meksikada keçiriləcək.


