Yalçın Allahverdioğlu:
Xankəndidəki abidə və ona qarşı etiraz mövqeyi
Yaxın günlərdə yerlə yeksan olacağına inanıram.
Xankəndinin mərkəzindəki o murdar abidə nə sənət əsəri, nə də sadəcə bir daş yığınıdır; o, işğalçılıq təfəkkürünün və saxta tarixin nişanəsidir.
Şəhidlərimizin qanı hələ qurumamış, qazilərimizin ağrıları dinməmişkən, o abidənin önündə "xatirə şəkli" çəkdirmək təkcə düşüncəsizlik deyil, milli mənəviyyata qarşı bir hörmətsizlik və erməni təbliğatına könüllü alət olmaqdır.
Unutmayın, bəzi məkanların "turizmi" olmaz! O abidənin qarşısında gülərək şəkil çəkdirmək, o torpaqların azadlığı uğrunda verilən qurbanların ruhuna birbaşa təhqirdir. Milli qürur, heç bir "turistik maraqdan" üstün tutulmamalıdır.


