Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədi rayonunda

barama tədarükünə başlanılıb.

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 129 kümçü tərəfindən 480 qutu ipəkqurdu toxumu bəslənilib. Rayon kümçüləri bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Kümçülər tərəfindən gətirilən məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində qəbul edilir. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazımi şərait yaradılıb.

Cari ilin ilk məhsulunu rayonun Hindarx qəsəbəsindən, Boyat və Hacılar kəndlərindən olan kümçülər təhvil veriblər. Mövsümün ilk günü kümçülərin yetişdirdikləri 249 kiloqram məhsul təhvil alınıb.

Fotomüxbir:   Mais  İbrahimov

Best coffeeshop in Berlin