Səfir Abhay Kumarın Lənkəran və Lerikə regional səfəri Hindistan–Azərbaycan tərəfdaşlığını gücləndirir
Cənub bölgəsinə səfəri çərçivəsində Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar Lənkəran və Lerik rayonlarında bir sıra görüşlərdə iştirak edib. Səfərin məqsədi Hindistan və Azərbaycan arasında mədəniyyət, sağlamlıq, kənd təsərrüfatı və ətraf mühit sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi olub.
Lənkəranda səfir Abhay Kumar Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək muzeyin direktoru Leyla Məcidova ilə görüşüb. Ziyarət zamanı səfir Lənkəran bölgəsinin zəngin tarixi və mədəni irsi ilə tanış olub, həmçinin muzeyin bölgənin tarixinin və ənənələrinin qorunub saxlanılmasındakı mühüm rolu barədə məlumat alıb.
Səfir həmçinin Lənkərandakı Yenee Wellness Center sağlamlıq mərkəzini ziyarət edib və mərkəzin baş həkimi Emil Hidayətli ilə görüşüb. Görüş zamanı Azərbaycanda ayurveda, yoqa və holistik sağlamlıq təcrübələrinin təşviqi imkanları müzakirə olunub. Doktor Hidayətli yoqanın çoxsaylı sağlamlıq faydalarını vurğulayaraq, Beynəlxalq Yoqa Günü ərəfəsində insanları daha sağlam və balanslı həyat üçün bu təcrübəni mənimsəməyə çağırıb.
Abhay Kumar yaşıl çay plantasiyasını da ziyarət edərək onun sahibi və direktoru Araz Yaqubovla görüşüb. Səfər zamanı o, bölgənin qədim çayçılıq ənənələri, müasir becərmə üsulları və çay istehsalının Lənkəranın kənd təsərrüfatı irsinə verdiyi mühüm töhfə haqqında məlumat əldə edib. Müzakirələr zamanı Hindistan və Azərbaycanın ortaq çay mədəniyyəti vurğulanıb, çayçılıq sahəsində əməkdaşlığın, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Səfir həmçinin Hirkan Milli Parkını və Xanbulan gölünü ziyarət edərək bölgənin zəngin təbii gözəlliyi və ekoloji müxtəlifliyi ilə yaxından tanış olub. Səfər çərçivəsində ərazinin sıx meşələri, füsunkar mənzərələri və qorunan təbii yaşayış mühiti kimi əhəmiyyəti ön plana çıxarılıb. O, eyni zamanda təbiət və sağlam həyat tərzi arasındakı harmoniyanı əks etdirən qısa video paylaşaraq bunu yoqa və holistik sağlamlıq mövzuları ilə əlaqələndirib.
Səfir qonşu Lerik rayonuna da səfər edib və burada yüz yaşdan yuxarı insanlara həsr olunmuş, dünyada analoqu az olan məşhur Uzunömürlülük Muzeyini ziyarət edib. Onu muzeyin baş kuratoru Mətanət Quliyeva qarşılayaraq muzeyin unikal eksponatları və Lerikin “Uzunömürlülər Diyarı” kimi tanınması barədə məlumat verib. Talış dağlarının qoynunda yerləşən Lerik uzunömürlülük ənənələri və zəngin təbii irsi ilə beynəlxalq səviyyədə tanınır.
Səfər Hindistan və Azərbaycan arasında insanlararası əlaqələrin getdikcə gücləndiyini nümayiş etdirib və mədəniyyət, sağlamlıq, dayanıqlı kənd təsərrüfatı, ekoturizm və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığa olan ortaq sadiqliyi əks etdirib. Səfir Abhay Kumar ona göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib və qarşılıqlı maraq doğuran sahələrdə Hindistan ilə Azərbaycan arasında əməkdaşlıq və mübadilələrin daha da inkişaf etdirilməsinə ümidvar olduğunu vurğulayıb.
* * *
* * *
ENG:
Ambassador Abhay Kumar Undertakes Regional Visit to Lankaran and Lerik, Enhancing India–Azerbaijan Partnerships
As part of his visit to southern Azerbaijan, Ambassador Abhay Kumar undertook a series of engagements in the Lankaran and Lerik regions aimed at strengthening cultural, wellness, agricultural, and environmental ties between India and Azerbaijan.
In Lankaran, Ambassador Kumar visited the Lankaran Museum of History and Local Lore and met the Museum Director, Ms. Leyla Majidova. During the visit, the Ambassador explored the rich historical and cultural heritage of the Lankaran region and learned about its important role in preserving the area's history and traditions.
The Ambassador also visited the Yenee Wellness Center in Lankaran, where he met Dr. Emil Hidayatli, Chief Doctor of the Centre. Their discussions focused on opportunities for promoting Ayurveda, yoga, and holistic wellness practices in Azerbaijan. Dr. Hidayatli highlighted the numerous health benefits of yoga and encouraged people to embrace the practice for a healthier and more balanced life ahead of the International Day of Yoga.
Ambassador Kumar visited a green tea plantation and met its owner and director, Mr. Araz Yagubov. During the visit, he learned about the region’s long-standing tea-growing traditions, modern cultivation techniques, and the significant contribution of tea production to Lankaran’s agricultural heritage. The discussions underscored the deep-rooted tea cultures shared by India and Azerbaijan and explored opportunities for enhanced cooperation, knowledge exchange, and collaboration in the tea sector.
Ambassador Kumar also visited Hirkan National Park and Khanbulan Lake, where he experienced the region’s rich natural beauty and ecological diversity. The visit highlighted the area’s lush forests, scenic landscapes, and importance as a protected natural habitat, and he also shared a brief video reflecting on the harmony between nature and well-being, linking it to the broader theme of yoga and holistic wellness.
The Ambassador also traveled to the neighboring Lerik district, where he visited the renowned Museum of Longevity, the only museum of its kind dedicated to centenarians. He was received by Ms. Matanat Guliyeva, Senior Curator, who briefed him on the museum’s unique exhibits and Lerik’s reputation as the “Land of Centenarians.” Nestled in the scenic Talysh Mountains, Lerik is internationally recognized for its remarkable longevity and rich natural heritage.
The visit highlighted the growing people-to-people connections between India and Azerbaijan and reflected a shared commitment to cooperation in culture, wellness, sustainable agriculture, eco-tourism, and environmental conservation. Ambassador Kumar appreciated the warm hospitality extended to him and looked forward to strengthening cooperation and exchanges in areas of mutual interest between India and Azerbaijan.


