Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Millilərimizin Minsk toplanışı başa çatıb

Basketbolçu qızlardan ibarət U-16, U-18 və U-20 milli komandalarımızın Minskdə (Belarus) təşkil edilən təlim-məşq toplanışı (TMT) başa çatıb.

ABF-dən verilən məlumata gorə, qarşıdakı Avropa çempionatına hazırlıq xarakteri daşıyan və yüksək səviyyədə təşkil edilən bu toplanış ərəfəsində millilərimiz yerli klublar və komandalarla bir sıra yoxlama sınaq görüşləri keçiriblər. 

Bu arada milli komandaların baş məşqçisi Evren Alkay sözügedən TMT-lə bağlı öz fikirlərini bölüşüb:

"Toplanış bizim üçün çox faydalı oldu. Güclü rəqiblərlə qarşılaşaraq komandalarımızın hazırkı vəziyyətini qiymətləndirmək və beynəlxalq təcrübə toplamaq imkanı əldə etdik. İnanıram ki, hazırlığın nəticəsi qarşıdakı Avropa çempionatında özünü göstərəcək" - Alkaya belə deyib. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin