Qilermo Ocoa 6-cı dəfə mundila qatılıb
11 iyundan 19 iyuladək ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatı (DÇ-2026) mundialın ev sahiblərindən biri olan Meksika millisinin 41 yaşlı veteran qolkiperi Qilermo Ocoa üçün əlamətdar hadisə kimi tarixə düşüb. Belə ki, adı Meksika yığmasının mundialda iştirak ərizəsində yer alan Qilerma öz karyerasında 6-cı dəfə mundiala qatilan futbolçulardan biri olub. O, bu göstəricinə görə Kriştiano Ronaldo (Portuqaliya) və Lionel Messinin (Argentina) rekordunu təzələyib. Ocoa indiyədək Meksika millisində 153 dəfə meydana çıxıb.
Xatırladaq ki, Qilermo Ocoa bundan əvvəl isə DÇ2006, DÇ-2010, DÇ2014, DÇ-2018 və DÇ-2022-də Meksika yığmasının heyətində yer alıb. Bu mundiallardan isə yalnız 2014, 2018 və 2022-ci ildə meydana çıxıb. 2006 və 2010-cu il mundialinda isə ehtiyat oyunçular sırasında olub.
İNTİQAM Məmmədov


