Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan və Portuqaliya səfirlik mübadiləsi aparacaq

Azərbaycan Portuqaliyada səfirlik açacaq və Portuqaliya tezliklə Bakıda diplomatik nümayəndəliyinin açılması üzərində işə başlayacaq.

AZpressTİMES.info-nun  APA-ya istinadən verdiyi məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında "Portuqaliya Respublikasında (Lissabon) Azərbaycan Respublikasının səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirə edilib və bir oxunuşda qəbul edilib.

Parlamentin Beynəlxalq və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov bildirib ki, iki ölkə arasında diplomatik əlaqələrin inkişafı qarşılıqlıdır.

O qeyd edib ki, "Biz Portuqaliyada səfirlik açırıq və Portuqaliya da tezliklə Azərbaycanda səfirliyini açacaq".

Diplomatik nümayəndəliklərin açılması Bakı ilə Lissabon arasında siyasi, iqtisadi və humanitar əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıyır.

Best coffeeshop in Berlin